"Açıq mikrafon" Ağcabədidə qurulacaq 

10:24 23.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

Qurumdan hafta.az -a verilən məlumata görə, 25 iyul saat 13:00-dan 14:00-dək növbəti aksiya Ağcabədi rayonunun Qaraxanlı kəndində baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvana yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.