Britaniyanın sərnişin təyyarəsi Almaniyaya təcili eniş edib

14:21 29.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyanın “Jet2” aviaşirkətinə məxsus “Airbus A321” sərnişin təyyarəsi göyərtədə naməlum tüstülənmə ilə əlaqədar Almaniyanın Erfurt şəhər aeroportuna məcburi eniş edib.

Hafta.az  xəbər verir ki, Yunanıstandan London istiqamətində uçan təyyarədə 225 sərnişin və 7 ekipaj üzvü olub.

Təyyarə təhlükəsiz şəkildə Erfurta eniş edib və göyərtədəkilər təxliyə olunublar. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Tüstülənmənin səbəbi araşdırılır./“Spiegel”/