Yazını böyüt
Yazını kiçilt
ABŞ Prezidenti Donald Tramp Suriyada iki amerikalı əsgərin və bir mülki tərcüməçinin öldürülməsinə münasibət bildirib.
Hafta.az-ın məlumatına görə, o, itkiyə görə kədərləndiyini bildirib.
Tramp üç yaralı əsgər üçün dua etdiyini deyib: “Bu, Suriyanın çox təhlükəli bir hissəsində, onların tam nəzarətində olmayan bir yerdə ABŞ-a və Suriyaya qarşı İŞİD-in hücumu idi. Suriya Prezidenti Əhməd əl-Şara bu hücumdan son dərəcə qəzəbli və narahatdır. Çox ciddi cavab tədbirləri görüləcək”.