Qaxda bıçaqlanma hadisəsi olub

18:55 25.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qaxda 36 yaşlı Əmrah Yaqubov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 40 yaşlı Elnur Qadaşova kəsici alətlə xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan hafta.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırma aparılır.