Azərbaycan milisinin keçmiş gimnastı dünya çempionatının səfiri olub

16:34 25.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan bədii gimnastikasının ən titullu nümayəndələrindən biri olan Aliyə Qarayeva Frankfurt-Maynda baş tutacaq dünya çempionatının səfiri seçilib.

Hafta.az Beynəlxalq Gimnastika Federasiyasına (FIG) istinadən xəbər verir ki, 38 yaşlı keçmiş idmançı dünya birinciliyinin təbliğatı üzrə tədbirlərdə iştirak edəcək, müsahibələr verəcək və avtoqraf-sessiyalar keçirəcək.

Qeyd edək ki, Aliyə Qarayeva Rusiyada anadan olub və 2005-ci ilə qədər bu ölkəni təmsil edib. Daha sonra Azərbaycan vətəndaşlığını qəbul edərək milli yığmanın şərəfini qorumağa başlayıb.