Gürcüstanda elektrik enerjisinin kəsilməsinə aydınlıq gətirilib

15:02 25.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın elektrik enerjisi təminatında əsas rol oynayan Enguri SES-in direktoru Levan Mebonia ölkədə elektrik enerjisinin verilişində yaranan qısamüddətli fasilənin səbəblərini açıqlayıb.

Hafta.az xəbər verir ki, direktorun sözlərinə görə, genişmiqyaslı elektrik kəsintisinə 500 kilovoltluq "İmereti" xəttinin bağlanması səbəb olub.

"Xətt mənim ixtiyarımda deyil, biz aqreqatları qoşuruq, gərginlik verilib və tezliklə hər şey bərpa olunacaq. Əsas yük - Enguri Zestaponiyə qədər enerji sisteminə qoşulub. Bu xətdən çox böyük yük keçirdi, əgər o, vaxtında söndürülsəydi, rejim pozular və bütün enerji sistemi dağılardı. Hazırda qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində iş aparırıq", – deyə L.Mebonia bildirib.

Xatırladaq ki, iyulun 25-də səhər saat 08:00 radələrində Gürcüstanın paytaxtı Tbilisi və digər bölgələrdə elektrik enerjisinin verilişi dayanıb. Nəticədə metro, dəmir yolu, hava limanı və digər ictimai nəqliyyat sistemlərinin işində ciddi fasilələr yaranıb.

Gürcüstan Dövlət Elektrik Sistemi Şirkətinin məlumatına görə, saat 10:15-ə qədər ölkə daxilində elektrik enerjisi təchizatı bərpa olunub.

Qeyd edək ki, oxşar hadisə iyulun 24-də baş vermişdi və Gürcüstanın hər yerində gözlənilmədən elektrik enerjisi kəsilmişdi.