Quterreş Suriya lideri ilə görüşüb

15:31 25.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Suriyada səfərdə olan BMT-nin Baş katibi Antonio Quterreş Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşüb. Bu, 2009-cu ildən bəri təşkilatın rəhbərinin Suriyaya ilk səfəridir.

Hafta.az xəbər verir ki, görüşdə Suriya Ərəb Respublikası ilə Birləşmiş Millətlər Təşkilatı arasında humanitar və inkişaf sahələrində əməkdaşlığın gücləndirilməsi, həmçinin postmüharibə dövründə bərpa və yenidənqurma işlərinin dəstəklənməsi yolları müzakirə edilib.

BMT rəhbəri Suriyanın ərazi bütövlüyü və suverenliyinə hörmətini ifadə edib və rəhbərlik etdiyi təşkilatın ölkənin sosial-iqtisadi inkişafına, qaçqınların evlərinə qayıtmalarına töhfə verməyə davam edəcəyini bildirib.

Antonio Quterreş və Əhməd Əl Şaraa Yaxın Şərq böhranını, regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər.