"Azərbaycana ixracatımızda böyük uğurların şahidi olacağıq" - MÜSİAD rəsmisi

09:30 03.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Naxçıvan dəhlizi açıldığı təqdirdə həm Azərbaycana, həm də oradan digər türk dövlətlərinə rahatlıq gediş-gəliş yaranacaq. Bu, yük daşımalarında da həm vaxt, həm də maliyyə müstəvisində qənaətlərə səbəb olacaq, ticarətin daha da genişlənməsinə şərait yaradacaq". 

Hafta.az-ın yazdığına görə, bu sözləri MÜSİAD-ın Konya şöbəsinin müdiri Məhmət Hilmi Kağnıcı deyib. Azərbaycanın Türkiyə üçün çox ciddi potansial bazar olduğunu vurğulayan Kağnıcı bildirib ki,​ bu gün əsas hədəf iki qardaş ölkə arasında təcarətin həcmini artırmaqdır.

"Azərbaycanla ticarətimizin, eləcə də ixracatımızın nisbətən aşağı qalmasının səbəbi ölkələrimiz arasında birbaşa quru yolunun olmamasıdır. Əgər Zəngəzur dəhlizi açılarsa, həm Azərbaycana, həm də oradan keçməklə digər türk dövlətlərinə ixracatımızda böyük uğurların şahidi olacağıq. Eləcə də regiondakı türk olmayan digər ölkələrlə. Bu dəhliz çox rahat və gəlirli ticarət aparmağımız üçün fürsət yaradacaq. Zəngəzur dəhlizi açıldığı təqdirdə ilk məqsədimiz Qafqaza ölkələrinə daxil olmaq olacaq. Hesab edirəm orada çox böyük bazar var və biz həm məhsul sata, həm də tələbatımız olan malları alıb gətirə bilərik. Xüsusilə də qıda və kənd təsərrüfatı məhsullarının ticarəti sahəsində. Bu müstəvidə əlaqələrin genişlənməsi həm aldığımız məhsulların daha az maddi xərc bahasına Türkiyəyə çatmasına, həm də istehsal etdiyimiz məhsulları bazara daha asan şərtlər daxilində təqdim etməyimizə imkan yaradacaq", - deyib MÜSİAD rəsmisi.

Oxunma sayı 442