Yazını böyüt
Yazını kiçilt
"Gürcüstanın Səfirliyi adından Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumdan, səfirliyin Təhlükəsizlik Xidməti rəhbərinin qətlə yetirilməsi ilə əlaqədar Azərbaycan xalqına və mərhumun ailə üzvlərinə başsağlığı veririk".
Hafta.az-ın yazdığına görə, bu sözlər Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradzenin səfirliyin facebook səhifəsindəki paylaşımında deyilir. Diplomat hücum nəticəsində yaralananlara şəfa diləyib, tezliklə sağalaraq fəaliyyətlərini davam etdirməyi arzulayıb.
"Azərbaycanın diplomatik missiyasına edilən hücumu qətiyyətlə pisləyirik və bu çətin vaxtda qardaş Azərbaycan xalqına dəstəyimizi ifadə edirik", - səfir Zurab Pataradze qeyd edib.