Əvvəllər çox səmimi müttəfiq olduqları görünən Polşa ilə Ukrayna arasında gərginlik artmaqdadır. Polşa prezidenti Anjey Duda təsdiqləyib ki, Varşava artıq Kiyevə müasir silahlar verməyəcək.
Hafta.az-ın yazdığına görə, TVN24 telekanalında çıxış edən dövlət başçısı Ukraynaya yeni “Abrams” tanklarının, “Patriot” və ya “HIMARS” sistemlərinin verilməsinə ilk qarşı çıxacağını bildirib. “Varşava başqasının yox, öz ordusunu modernləşdirmək üçün milyardlarla dollar xərcləyir”, - o deyib.
Bundan əvvəl Polşanın baş naziri Mateusz Moraviecki bəyan etmişdi ki, Polşa ABŞ və Böyük Britaniyadan sonra Ukraynaya ən çox silah verən üçüncü ölkə olsa da, bundan sonra Kiyevə hərbi dəstək verilməyəcək.
Digər tərəfdən, Polşa Qərb müttəfiqlərindən və Cənubi Koreyadan müasir silahlar aldığından, müqavilələrə əməl edəcək və Krab özüyeriyən haubitsaları kimi qalan köhnə silahlarının bir hissəsini Ukraynaya göndərəcək.