"Bütün hallarda məsuliyyəti sülhməramlıların üzərinə qoymaq lazımdır" - Politoloq

16:53 25.11.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Atəşkəsin pozulması ilə bağlı məsələlər hər zaman olacaq. Ona görə də məncə burada rus sülhməramlılarının vəzifələrini, mandatını çözmək lazımdır”.

Bunu hafta.az-a politoloq Əli Mustafa deyib. O bildirib ki, əgər sülhməramlılar burda məhz tərəflər arasında sülhü, əməkdaşlığı saxlamağa, sakitliyi təmin etməyə gəliblərsə, bunu da etməlidilər:

“Etmirlərsə, artıq bu, bütün hallarda, hətta hansı tərəfin atəşkəsi pozmasından asılı olmayaraq, məsuliyyəti sülhməramlıların üzərinə qoymaq lazımdır. O halda atəşkəs dayanacaq. Məncə daha çox gərginlik lazımdır ki, nəinki sülhməramlıların, digər dövlətlərin müdaxiləsinə zəmin olsun. Yəni bax bunun üçün orda çaxnaşmaları, provakasiyaları görəcəyik. Bunun üçün də təbii ki, sülh müqaviləsinin imzalanması kimi məsələləri sürətləndirmək lazımdır”.

Politoloq vurğulayıb ki, Qarabağda baş verən hadisələr, xüsusilə bu yeni hökumətin təşkili, Vardanyan və sair məsələlər də xoş olmayan proseslərdir. Onun sözlərinə görə, bəlkə də bu prosesləri də tətikləmək üçün əslində o provakasiyalar paralel aparılır:

“Düşünürəm ki, Azərbaycan Qarabağla bağlı məsələlərə çəki-düzən verməlidir. Əslində bu, birmənalı olaraq Azərbaycanın daxili işidir. Orda baş verən hər hansı müdaxilə, hadisə Azərbaycanın suverenliyinə qəsddir. Bu kontekstdən də düşünürəm ki, nəhayət Azərbaycan tərəfi məsələləri bütövlükdə öz təşəbbüsünə götürməlidir. Və Rusiyanın da, Ermənistanın da müdaxilələrini sıfırlamalıdır".

Oxunma sayı 1693
Gündəm rubrikasından digər xəbərlər