"Cəmiyyət təhlükəni hiss etməli, müvəqqəti narahatlığa dözümlü olmalıdır"- Virusoloq

17:38 12.06.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Yeni koronavirus pandemiyası öz arealını genişləndirdikcə vətəndaşlara çağrışlar olunur, özlərini, yaxınlarını yoluxdurmamaları üçün karantin qaydalarına riayət etmələri tövsiyyə olunur. Bəs bu gün dövlətin qoyduğu tələb və tövsiyələrə vətəndaşların davranışı adekvatdırmı və daha nələrə əməl olunmalıdır?

Bu barədə hafta.az-a danışan virusoloq Tərlan Məmmədov dedi ki, cəmiyyət təhlükəni hiss etməli, müvəqqəti narahatlığa dözümlü olmalıdırlar:

“Koronavirus iki əsas xüsusiyyəti ilə fərqlənir: Ən təhlükəli cəhəti ondan ibarətdir ki, 80 faiz insanlarda bu simpitomlar görünmür. Yəni insanda simpitom görünmədiyi üçün sürətlə yayıla bilir. Bu virusun əsas cəhəti ondan ibarətdir ki, ölüm halları çox olur. Heç kim bilmir ki, ətrafında bu virus var, ya yox? Gənclər özləri də normal həyata davam edərkən, hələ özü də virusa yoluxması haqqında məlumatı olmur. Sonra anidən əlamətlər biruzə verməyə başlayır. İkinci bir xüsusiyyəti ondan ibarətdir ki, insan vücudunda tənəffüs yollarına ciddi təsir göstərir. Azərbaycan hökuməti karantin rejimi başlatdı. Vətəndaşların sağlamlığı üçün demək olar ki, zəruri tədbirlər görülür. Bunun üçün insanlar da gərək tədirgin olsunlar. Anlasınlar ki, bu təhlükəli virusdur. Özləri yoluxdusa, öz yaxınlarını da yoluxdura bilərlər. Karantin qaydalarına əməl etməlidirlər. Çağırışlar öz əsasını tapmalıdır”.