"Cimerlik.az" portalı bu il də fəaliyyət göstərəcək 

14:21 21.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən il olduğu kimi bu il də “cimerlik.az” portalı fəaliyyət göstərəcək.

Hafta.az-ın məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri Elmin İmanov bildirib. O qeyd edib ki, sayt icazə məqsədli deyil, məlumat xarakteri daşıyır:

“İnsanlar bu portala daxil olub üz tutacağı hər hansı çimərlikdə sıxlıq barədə məlumat ala biləcək”.

 

Xatırladaq ki, bu gündən etibarən ölkədə olan ictimai çimərliklər yay mövsümü üçün hazır vəziyyətə gətirilib.