Ermənilər arasında Dağlıq Qarabağın itirilməsindən daha çox futbol komandasının itirilməsinə üzülən seqment var. Bunu “Şərqi Hayk Xristian Dövləti” ictimai-siyasi hərəkatının həmtəsisçisi Qriqor Qriqoryan deyib.
O, Ermənistanda "vətənpərvərlik tərbiyəsinin" çox aşağı səviyyədə olduğunu bildirib.
“Ölkə müstəmləkə olunub. Xristianlığı qəbul edən ilk ölkədə bu gün adambaşına o qədər çox məzhəb var ki, düşünmək qorxuncdur”, - Qriqoryan qeyd edib.
O, öz təcrübəsindən bir hadisəni misal kimi göstərib ki, birinci milli kanalda əvvəlcə onun fikri ilə razılaşıb, sonra isə “məzhəb” sözünü işlətməməyi xahiş ediblər, çünki onlara məzhəblər haqqında mənfi tonda danışmaq qadağan edilib.
“Mən Qarabağa gələndə şoka düşdüm. Sərxoş olan nə qədər gənclər var idi..."deyə ekspert əlavə edib.