"Ermənistan Bakı ilə əldə edilmiş razılaşmalara sadiqdir" - Paşinyan

18:22 01.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Ermənistan ABŞ-da Azərbaycanla əldə olunmuş razılaşmalara sadiqdir və onları qısa müddətdə həyata keçirməkdə qətiyyətlidir".

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çində keçirilən ŞƏT sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Paşinyanın sözlərinə görə, əldə olunmuş razılaşmalar nəticəsində təkcə Ermənistanla Azərbaycan arasında dövlət daxilində, ikitərəfli və beynəlxalq səviyyədə kommunikasiya açılmayacaq, eyni zamanda, bütün ŞƏT üzv dövlətləri üçün yeni logistik imkanlar yaradılacaq.