Yazını böyüt
Yazını kiçilt
Ermənistana konsensus olmadan ehtiyacların dəyərləndirilməsi missiyasının göndərilməsi bütün iştirakçı dövlətlərin kollektiv iradəsi ilə qəbul edilmiş mandatın açıq şəkildə pozulmasıdır.
Hafta.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 29-cu sessiyasında çıxışında deyib.
Nazir qeyd edib ki, Azərbaycan illərlə təşkilat daxilində konsensusdan sui-istifadəyə məruz qalıb.
“Buna baxmayaraq biz hər zaman birgə təhlükəsizliyə riayət edilməsinin tərəfdarı olmuşuq”,- deyə C.Bayramov əlavə edib.