"Fransanı xalqımızın hüquqlarını tanımağa çağırırıq"

13:10 20.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son bir ay ərzində Fransa hökuməti bizə Yeni Kaledoniyada çox çətin günlər yaşadıb.

 

Hafta.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Təşəbbüs Qrupu tərəfindən iyunun 20-də BMT-də müstəmləkəçiliyə qarşı mübarizəyə dair keçiriləcək konfransda iştirak edəcək Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest deyib.

 

Onun sözlərinə görə, hazırda bölgədə çoxsaylı hərbçilər var və bütün bunlar əhaliyə, əsasən də qadınlara, uşaqlara neqativ təsir göstərir.

 

Xarici işlər naziri bildirib ki, Yeni Kaledoniya xalqı Fransa polisinin zorakılığı ilə üzləşib. “Bu məsələni beynəlxalq səviyyədə qaldırmaq üçün bu gün buradayıq, Bakı Təşəbbüs Qrupu ilə birlikdə nə edə biləcəyimizi nəzərdən keçiririk. Bu gün burada olmaq bizim üçün çox vacibdir Yeni Kaledoniya BMT-nin dekolonizasiya siyahısındadır. Biz Fransanı Yeni Kaledoniya xalqının hüquqlarını tanımağa, beynəlxalq hüquqa hörmət etməyə çağırırıq”, - deyə Mikael Forrest qeyd edib.

Oxunma sayı 77