"Funq-Vonq" qasırğası yaxınlaşır

11:16 12.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Filippində azı 25 nəfərin həyatına son qoyan “Funq-Vonq” qasırğası istiqamətini dəyişərək Yaponiyanın cənubundakı Okinava adalarına tərəf hərəkət edir.

Hafta.az xəbər verir ki, Yaponiyanın Meteorologiya Agentliyinin məlumatına görə, cari mövsümdə 26-cı tropik fırtına kimi qeydə alınan qasırğanın mərkəzində atmosfer təzyiqi 994 hektopaskala, küləyin sürəti isə saniyədə 23-35 metrə çatır.

Proqnozlara əsasən, özü ilə güclü yağış gətirən “Funq-Vonq” çərşənbə günü Okinavanın cənub sahillərinə yaxınlaşacaq, sonra isə adanın şərq hissəsi boyunca hərəkət edəcək.

Yerli hakimiyyət orqanları hava şəraitinin kəskinləşməsi ilə əlaqədar sakinləri dənizə çıxmamağa və mümkün qədər ehtiyatlı olmağa çağırıb.

Qeyd edək ki, “Funq-Vonq” bazar günü Filippinin şimal-şərq sahillərinə çatıb. Son məlumatlara görə, təbii fəlakət nəticəsində ölkədə azı 25 nəfər ölüb, 2,4 milyondan çox insan təxliyə edilib.