"Hökumətimiz millətin mənafeyini qorumaq üçün bütün imkanlarından istifadə edəcək" - Hindistan prezidenti

15:10 29.01.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Asiyanin iki ən böyük dövlətləri olan Çinlə Hindistan arasında sərhəd gərginliyi davam edir.

Hafta.az-ın yazdığına görə, Hindistan prezidenti Ram Nath Kovind bildirib ki, hərbi gərginliyi nəzərə alaraq sərhəddə hərbçilərin sayını artırıblar. Ölkə parlamentində çıxış edən prezident Kovind, "Hökumətimiz millətin milli mənafeyini qorumaq üçün bütün imkanlarından istifadə edəcək" deyib.

Bu arada, Hindistanın Xarici İşlər naziri Subrahmanyam Cayşankar, yanvarın 28-də verdiyi açıqlamada demişdi ki, Çin sərhəd bölgəsinə əsgər toplamaqla və orada hərbi infrastruktur inşa etməklə ikitərəfli əlaqələrə ziyan vurur. 

Xatırladaq ki, Himalay dağlarının qoynundan keçən 3,5 min kilometrlik sərhəd xətti mütəmadi şəkildə Hindistanla Çin arasında qarşılıqlı narahatlığa səbəb olur. Rəsmi Pekin, "Cənubi Tibet" adlandırdığı Hindistanın Arunaçal Pradeş əyalətindəki 90 min kvadratkilometrlik torpağa iddia edir. Dehli hökuməti isə Aksay Çin platolarını əhatə edən 38 min kvadratkilometrlik ərazinin Çin tərəfindən işğal edildiyini bildirir. Tərəflər arasında ərazi mübahisələrini çözmək məqsədilə təşkil edilən çox sayda görüşlər. indiyədək müsbət nəticə verməyib.