Sərhədlərin bağlı olduğunu düşünsək, bəs bu məhsulların aqibəti necə olacaq?
İqtisadçı ekspet Elman Sadıqov hafta.az-danışarkən dedi ki, ölkə ərazisindən xaricə yük daşımlarda hər hansı bir məhdudiyyət tətbiq olunmayıb:
"Əgər biz malların ixrac və idxalından danışırıqsa ixracda ümümiyyətlə şərait yaradılıb. Hökumət buna nəzərət edir. Valyutanın ölkəyə daxil olması prioritet məsələdir. Hazırda bildiyim qədəri ilə Şəmkir istixanalarından hər gün onlarla TİR xaricə yola salınır. Aktiv şəkildə yük maşınları Rusiyaya gedir. Ərzaq məsələsində çətinlik yaranmasın deyə yük məsələsində problem yoxdur. Problem ondadır ki, aviadaşımalarda bir qədər məhdudiyyətlər var. Yük qatarlarında da çətinlik yaranmayıb. Şirkət və sahibkarların yük daşımasında çətinlik olmasa da, fiziki şəxslər üçün çətinlik var. Əgər belə davam edərsə fiziki şəxslər üçün problem yaranacaq. Yəni fərdi sahibkar öz malını xaricə çıxara bilməyəcək. Ümid edirik ki, bu da öz həllini tapacaq".