"İlin müəllimi" seçildi - İKİ GÜN SONRA HƏBS EDİLDİ

14:52 03.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Florida ştatındakı Darnell-Cookman Liseyində ingilis dili müəllimi işləyən Karolin Melanie Li şagirdi döyərək burnunu sındırdığı "ilin müəllimi" seçildikdən iki gün sonra həbs edilib.

Li oktyabrın 27-də məktəbdə "ilin müəllimi" seçildikdən sonra bu mövzu sosial şəbəkələrdə tələbələr arasında müzakirə obyektinə çevrilib. Bəzi tələbələr Linin dərsdə “N sözünü” (“zənci” mənasını verir, təhqiramiz söz sayılır) istifadə etdiyini söyləyib.

Li isə ABŞ yazıçısı Con Steynbekin "Siçanlar və İnsanlar" kitabını oxuyarkən bu sözü işlətdiyinə dair şərhlərə cavab verib.

Lakin adının açıqlanmasını istəməyən tələbə qız yazıb ki, bu söz istifadə edilməməlidir.

60 yaşlı ingilis dili müəllimi sözügedən tələbəni cümə günü yanına çağırıb. Tələbə polisə çox qorxduğunu və buna görə də müəllimin dərsinə getmədiyini bildirib. Lakin Li şagirdi sinifindən uzaqlaşdırıb.