Amerika da, Avropa İttifaqı da deyir ki, gedin Qarabağdakı ermənilərlə danışın. Biz kiminlə danışaq? Xankəndidəki Ermənistan məmurları ilə?
Bu fikirləri hafta.az-a politoloq Tofiq Zülfüqarov deyib:
"Bilirsiniz, dəlixanada da biri deyir mən “Napoleon”am, o biri deyir “Lenin”əm, başqa biri deyir “Stalin”əm. Amma həmin dəlilərə maaş verilmir axı. Qarabağdakı Araik Arutyunyan deyir ki, mən “prezident”əm, Qurgen Nersisyan deyir ki, mən “dövlət naziri”yəm və Ermənistan, Paşinyanın başçılıq etdiyi hökumət faktiki olaraq onlara maaş verir. İndi, biz gedib İrəvandan maaş alan həmin “dəli”lərlə danışmalıyıq?.. Belə vəziyyətdə biz Qərbə də, Rusiyaya da konkret şəkildə deməliyik ki, bir baxın, görün, Azərbaycana kimlərlə danışıq aparmağı təklif edirsiniz".