Yazını böyüt
Yazını kiçilt
"İnter Mayami"nin argentinalı hücumçu Lionel Messini komandanın kapitanı təyin etmək planları məlum olub. Bu barədə InfoBae TyC Sports-un jurnalisti Qaston Edula istinadən xəbər verir.
Messi Amerika klubunda onuncu nömrə altında oynayacaq. O da qeyd olunur ki, komanda ilə ilk məşqdən sonra argentinalı və daha bir yeni futbolçu Serxio Buskets meydanda qalıb, gənc futbolçularla məsləhətlər verib.
Messi iyunun 7-də İnter Mayamiyə keçdiyini açıqlamışdı. "Marca"nın məlumatına görə, o, ildə 50-60 milyon dollar qazanacaq.