"İsrailin başına gələnlərə məsul tək bir şəxs var: Benyamin Netanyahu!" - “Haaretz” 

11:45 09.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrailin ən böyük qəzetlərindən olan “Haaretz” yazıb ki, baş nazir Binyamin Netanyahu ölkədə baş verən hadisələrə görə məsuliyyət daşıyır.

Hafta.az-ın yazdığına görə, "Haaretz"in redaksiya heyəti tərəfindən yazılan şərhdə belə qeyd olunub: “Simchat Tövrat" bayramında İsrailin başına gələn fəlakətin açıq-aşkar məsul olan tək bir şəxs var: Benyamin Netanyahu!".

"Haaretz", Netanyahunu ittiham etdiyi qiymətləndirməsinə yazıb: “Böyük siyasi təcrübəsi və təhlükəsizlik məsələlərində əvəzolunmaz müdrikliyi ilə öyünən baş nazir, Bezalel Smotriç və İtamar Ben-Qviri çox vacib vəzifələrə təyin edərək bir ilhaq və mülksüzləşdirmə hökuməti qurdu və fələstinlilərin varlığını açıq-aşkar gözardı etdi. O, xarici siyasətdə İsraili şüurlu şəkildə apardığı təhlükələri dərk edə bilmədi".

Sol-mərkəzçi fikirləri qəbul edən qəzet kimi tanınan "Haaretz" İsraildə üçüncü ən böyük tiraja sahibdir və ölkə hüdudlarından kənarda mütəmadi şəkildə izlənilir.

Siyasət rubrikasından digər xəbərlər