Moskvanın restoran sektorunun tanınmış simalarından olan 39 yaşlı iş adamı Artyom Aslanyanın Moskvadakı evində meyiti tapılıb.
Hafta.az-ın yazdığına görə, Moskva polisi ilkin gümana əsaslanaraq onun intihar etdiyini bildirib.
Qeyd edək ki, Aslanyanın evi Moskva zənginlərinin məskunlaşdığı yaşayış komplekslərindən olan Vorobyovıy Qorı bağındadır.
Polisin araşdırmasından əldə edilən ilk məlumatlara görə, Aslanyan intihardan əvvəl problemlərini anasına danışıb, “hər şeydən çox yorulduğunu” və həyatına son qoymağı düşündüyünü deyib.
Aslanyanın intihar etdiyini ilk olaraq qapıçı bilib və cəld polisi məlumatlandırıb.
Bildirilib ki, Aslanyanın 39 yaşı şənbə günü - oktyabrın 29-da tamam olub.
Artyom Aslanyan restoran menecmenti və iaşə sahəsində beş şirkətin təsisçisi olub. Onun sahib olduğu restoranlar arasında Moskvada 14 filialı olan "İstanbul Kebap" fastfood şəbəkəsi və suşi istehsalçısı "Bluefin" də var.