İzləyicilərin "Klon" serialındakı "İvetti" rolundan yaxşı xatırladığı braziliyalı aktrisa Vera Fişer yenidən pərəstişkarlarının diqqətini cəlb edib.
Hafta.az xəbər verir ki, 74 yaşlı sənətçinin sosial şəbəkə hesabında paylaşdığı fotolar böyük marağa səbəb olub. Pərəstişkarları aktrisanın inamlı, təravətli və cəlbedici göründüyünü qeyd ediblər.
Qeyd edək ki, Fişer hələ "Klon"dan çox əvvəl Braziliyanın ən məşhur aktrisalarından birinə çevrilmişdi. O, 1969-cu ildə "Braziliya gözəli" titulunu qazanıb və bundan sonra kino və televiziyada karyerasına başlayıb.
Aktrisanın Braziliya seriallarında onlarla rolu var, lakin beynəlxalq auditoriya üçün ən yaddaqalanı məhz "Klon"dakı "İvetti" obrazı olub. O, izləyicilərin yaddaşında hətta kiçik səhnələrdə belə diqqəti özünə çəkmək bacarığı ilə qalıb.
2001-ci ildə ekranlara çıxan "Klon" qısa zamanda dünyada ən populyar Braziliya seriallarından birinə çevrilib. İzləyicilərin reaksiyasına əsasən, İvetti obrazı hələ də unudulmayıb və əvvəlki kimi nostalji hisslər oyadır.