"Karantin rejimimdə qaydalara hər kəs riayət etməlidir" - Musa Quliyev

11:58 08.05.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Mövcud karantin rejimi ərzində hər bir vətəndaş qoruyucu vasitələrdən istifadə etməlidir. Bu ilk növbədə mədəniyyət və intizam məsələsidir. Ümumi şəkildə vətəndaşlara, ictimaiyyətə hörmət məsələsidir və bu məsələdə hər kəs məsuliyyətli olmalıdır. Bunu hamı şüurlu şəkildə dərk etməlidir".

Bu sözləri hafta.az-a açıqlamasında millət vəkili Musa Quliyev deyib. Millət vəkili bildirib ki, dövlətin gördüyü böyük işlər nəticəsində koronavirus pandemiyası Azərbaycanda nəzərat altına alınıb: "Biz sərt karantin rejimindən yumşaq rejimə keçmişik. Bəzi bölgələrdə, hətta, karantin rejimindən tam çıxılıb. Lakin, vətəndaşlarımızın sosial tələbləri gözləməməsi, sosial məsafə, sosial təcrid və izolyasiya qaydalarına riayət etməməsi, həmçinin mühafizə vasitələrindən istifadə edilməməsi, o cümlədən, küçədə və ictimai yerlərdə, nəqliyyat vasitələrində qoruyucu maskalardan, əlcəklərdən istifadə edilməməsi, əllərin vaxtında dezinfeksiya olunmaması son günlər yoluxmaların atmasına səbəb olub. Bu da bizim hər birimizi ciddi şəkildə narahat edir".

“Hər birimiz anlayırıq ki, bugünkü vəziyyət yorğunluğumuza, maliyyə, məişət və digər həyati problemlərin yaranmasına səbəb olub, adi həyat tərzimiz pozulub. Böyük əksəriyyətimiz üçün dörd divar arasında qalmaq olduqca çətindir. Lakin, çox təəssüf ki, indi çıxış yolumuz yoxdur. Özünütəcrid rejiminə və onun acı fəsadlarına alışmalıyıq, dözməliyik”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamran Bayramov hazırkı şəraitdə vətəndaşların karantin rejiminin qaydalarına əməl etməsinin zəruriliyi ilə bağlı deyib.

Kamran Bayramov vətəndaşlara müraciət edərək bidirib ki, ölkəmizdə koronavirus infeksiyası ilə mübarizədə dönüş bizim intizamımızdan və məsuliyyətimizdən çox asılıdır və biz bu dönüşə mütləq nail olmalıyıq.
Xüsusi dəyəri olan odur ki, qeyd etdiyim intizam və məsuliyyət hər gün cəmiyyətimizin möhkəmliyini, həmrəyliyini və birliyini göstərir, koronavirus pandemiyasına qalib gələcəyimizə böyük ümid verir! Bu gün həkimlərimiz və tibb işçilərimiz fədakarcasına fəaliyyət göstərirlər. Bəlkə də, son onilliklər ərzində ilk dəfə olaraq onların işinin vacibliyini, əvəzedilməzliyini bu qədər dərindən dərk etdik. Bu gün pandemiya ilə mübarizədə çoxsaylı könüllülərimiz, sadə vətəndaşlarımız, jurnalistlərimiz öz səviyyəsində töhfələrini verirlər.

“Gəlin, onların əməyini yerə salmayaq, əksinə onlara öz dəstəyimizi göstərək - xüsusi karantin rejiminin yumşalmasına baxmayaraq, Operativ Qərargah tərəfindən qoyulan tələblərə, tətbiq edilən məhdudiyyətlərə ciddi riayət edək, şəxsi gigiyena qaydalarına əməl edək, sosial məsafə tələbini gözləyək! Bu çətin dövrdə yüksək vətəndaş məsuliyyətini, bu gün bizdən tələb olunan ən yüksək insani keyfiyyətlərimizi nümayiş etdirək! Xalqımız və dövlətimiz bir çox ciddi sınaqlardan keçib, koronavirus pandemiyasının sınağından da uğurla keçəcək! Biz bu infeksiyaya birlikdə qalib gələcəyik!”-deyə, deputat qeyd edib.