"Kuba Azərbaycan sərmayəsi üçün cəlbedici ölkədir" - Səfir Alfredo Nieves Portuondo

20:30 07.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu günlərdə Kubada keçirilən "II Kuba-2021" biznesforumunda adada Xarici İnvestisiya ilə yeni Biznes İmkanları Portfoliosunun təqdimatı keçirilib. Portfolio Azərbaycandan olan iş adamları üçün nə dərəcədə maraqlıdır? Kubanın ölkəmizdəki səfiri Alfredo Nieves Portuondo ilə müsahibədə məhz bu suallara cavab tapmağa çalışdıq:

- Əminəm ki, ticarət sahəsində çoxlu ümumi cəhətlərimiz var. Adada investisiya imkanları hər iki xalq üçün çox sərfəli ola bilər. Şübhəsiz, Kuba Azərbaycan və regionun digər dövlətlərinin sərmayə yatırması üçün çox cəlbedici ölkədir.

- Ölkənizdə daha çox hansı sektorların xarici sərmayəyə ehtiyacı var?

- Bu münasibətlə Portfolioda 678-dən çox layihə təqdim olunur ki, bu da əvvəlkilərlə müqayisədə 175 layihə çoxdur və dəyəri 12,5 milyard dollardan artıqdır. Biz qida istehsalı, bioəczaçılıq sənayesi, turizm və enerjiyə diqqət yetiririk. Bu sahələr daha geniş şaxələndirilib və daha fəal xarici kapitalı cəlb etməyə, biznesi asanlaşdırmağa, bürokratik əngəlləri aradan qaldırmağa və yeni imkanları təşviq etməyə çalışır. Bundan əlavə, hökumətimiz tərəfindən təsdiq edilmiş iqtisadi-sosial inkişaf strategiyası ilə ifadə olunur.

- Portfoliodakı hansı yeniliklər var?

- Biz burada yerli hökumətlər tərəfindən maliyyələşdirilən 60 layihəni və daha az investisiya xərci ilə daha böyük imkanların, məsələn, heç bir xərci olmayan 70 idarəetmə müqaviləsi və qoyulacaq ümumi kapitalın 500 min dollardan daha az olduğu otuza yaxın variantın mövcudluğunu görürük. Bu dizayn bələdiyyələrə ərazilərdən istehsal və xidmətləri artırmaq üçün iqtisadi məsələlərdə daha çox qərar qəbuletmə səlahiyyəti verəcək. Bundan başqa, ölkəmizin irəli sürdüyü inkişaf strategiyası çərçivəsində ilk dəfə olaraq, portfolioda ən yüksək təmsilçiliyə malik sektor 164 variantla qida istehsalıdır. Portfolioda 2030-cu ilədək Milli İnkişaf Planında müəyyən edilmiş dörd strateji istiqamət üzrə layihələr, eləcə də ətraf mühitə təsir, turizm, sənaye, əczaçılıq, mədənçilik, neft və enerji proqramları da daxildir.

- Enerji sektoru çox mühümdür və Azərbaycan iqtisadiyyatı üçün də maraq kəsb edir. Havana və Bakı bu sahədə əməkdaşlığı davam etdirə bilərmi?

- Enerji sektorunda bərpa olunan enerji mənbələrinin təşviqi üçün əlavə stimullar mövcuddur ki, onlar fəaliyyətə başladıqdan sonra istisnalarla xüsusi vergi rejiminə daxil ola bilərlər. Fəaliyyət göstərən müəssisələri olan sərmayəçilər üçün bu enerji mənbələri ilə bağlı layihələrin həyata keçirilməsi və onların elektrik enerjisi haqqının azaldılması sxemi də təsdiqlənib.

- Biznesin təşviqi ilə bağlı başqa siyasət həyata keçirilir, yoxsa sadəcə sizin qeyd etdiklərinizdir?

- Təbii ki, daha çox var. Məsələn, xarici kapitalın qeyri-dövlət idarəetmə formaları ilə əlaqəsi ilə bağlı olanlar dəyişdirilir ki, sərmayədarlar özəl sektorla əlaqə qura bilsinlər və kənd təsərrüfatı kooperativlərinin prinsipləri isə yenidən tənzimlənir ki, onlar da bu rejimlərdə 100 faiz Kuba kapitalı ilə dövlət şirkəti və ya kommersiya şirkətinə sahib olmaq öhdəliyi olmadan birbaşa xarici investisiya üsullarında birbaşa iştirak edə bilsinlər. Başqa bir yenilik Kuba Mərkəzi Bankından icazə alındıqdan sonra həyata keçirilə bilən xarici investisiya üsulları ilə xaricdə bank hesablarının açılması ilə bağlı məhdudlaşdırıcı siyasətin aradan qaldırılmasıdır. Maliyyə sektoruna investisiyaların stimullaşdırılması tədbirləri kimi kapital, texnologiyalar, yeni məhsul və xidmətlər, habelə bazarlara çıxış təmin etməli olan korporativ bankların, ikinci dərəcəli korporativ bankların, investisiya banklarının və bank olmayan maliyyə müəssisələrinin iştirakı nəzərdə tutulur.

- Kuba dünyada yüksək qiymətləndirilən turizm məkanıdır. Turizm sektorunda bu Biznes Portfoliosunda hansı yeniliklər var?

- Düzdür, Kuba turizmi xarici investisiyalar üçün çox cəlbedicidir. Yeni Portfolioda cəmi 106 layihə var ki, onlardan 27-si birgə müəssisə, ümumi fondla 5 assosiasiya müqaviləsi, 65 otel müqaviləsi və marinalar, yerləşdirmə və istirahət mərkəzləri üçün 9 idarə və marketinq müqaviləsi mövcuddur. Qastronomiya fəaliyyətinin maliyyələşdirilməsi ilə xidmət administrasiyası müqavilələri, eləcə də icarə və dəniz assosiasiyaları qiymətləndirilir və biz oteldə sağlamlıq və həyat keyfiyyətinin rifah səviyyəsini artırmaq üçün İctimai Səhiyyə Nazirliyi (Minsap) ilə birlikdə işləyirik. Qeyd etmək lazımdır ki, yeni layihələrdən başqa, Kuba investisiya üçün cəlbedici struktura və 30 ildən artıq təcrübəyə malikdir. Qastronomiya fəaliyyətinin maliyyələşdirilməsi ilə xidmət administrasiyası müqavilələri, habelə icarə və dəniz assosiasiyaları üçün müqavilələr qiymətləndirilir və biz Səhiyyə Nazirliyi ilə birlikdə ölkədə sağlamlıq və həyat keyfiyyətinin rifah səviyyəsini artırmaq üçün birgə çalışırıq. Yeni layihələrdən başqa, Kuba investisiya üçün cəlbedici struktura və 30 ildən artıq təcrübəyə malikdir. Hazırda Kubanın otel sektorunda 70 mindən çox otaq var və 1990-cı ildən bəri ziyarətçilərin sayında 9,1 faiz artımla, 2018-ci ildə 4,7 milyon ziyarətçi ilə turist qəbulunda ən böyük artım olub. Kubanın 30 hava limanından ibarət infrastrukturu var. Onlardan 10-u beynəlxalq xidmətlər göstərir və ölkəyə xarici turizm üçün əsas qapı sayılır. Həmçinin, bütün sahil xətti boyunca 10 beynəlxalq dəniz və 3 kruiz terminalı var. Eynilə, Kuba turizmi bəşəriyyətin 9 mədəni irsi, 6 biosfer qoruğu, millətin 17 qeyri-maddi mədəni irs abidəsi və 14 təbiət parkı kimi bir çox güclü tərəflərə malikdir. Ümumiyyətlə, Kuba haqqında və ayrıca, Azərbaycanla əlaqələrə dair məlumat almaq üçün Kuba Respublikasının Xarici Ticarət və Xarici İnvestisiyalar Nazirliyinin www.inviertaencuba.mincex.gob.cu ünvanında çox cəlbedici, interaktiv veb platforması var və ora dünyanın istənilən yerindən daxil olub, geniş məlumat almaq mümkündür...

Oxunma sayı 3464