Yazını böyüt
Yazını kiçilt
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisindəki hərbi hədəflərə qarşı yeni zərbələr seriyasına başladığını açıqlayıb.
Hafta.az xəbər verir ki, bu barədə CENTCOM-un X sosial şəbəkəsində yayımladığı məlumatda bildirilib.
Açıqlamaya görə, zərbələr ardıcıl on birinci gecədir davam etdirilir.
CENTCOM qeyd edib ki, əməliyyatların məqsədi İranın Hörmüz boğazında beynəlxalq ticarət gəmiçiliyini təhdid etmək imkanlarını zəiflətməkdir.