"Laçın şəhərinin azad edilməsi Azərbaycan tarixinin ən strateji hadisələrindəndir" - Millət vəkili

09:45 27.08.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
"Laçın şəhərinin işğaldan azad edilməsi Azərbaycanın müasir tarixinin ən strateji hadisələrindən hesab olunur. Laçın şəhəri hər zaman regionun vacib yaşayış məntəqəsi hesab olunub. Bu hadisə regionda yeni mərhələnin başlanması kimi xarakterizə olunur".
 
Hafta.az-ın yazdığına görə, bu sözləri millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, Laçın rayonu iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən hesab olunur. Rayonun həm böyük turizm potensialı, həm də aqrar, eləcə də sənaye sektorunda müqayisəli üstünlükləri var. Təbii ehtiyyatları ilə fərqlənən rayonda emaledici sənayenin üzrə istehsalının təşkili mümkündür.
İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi.
"Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. İşğaldan öncə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanmışdı. Laçın həmçinin, zəngin təbii ehtiyatlara malikdir. Belə ki, Laçın rayonunda civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var. Qısa zamanda rayonun dağıdılan iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası mümkün olacaq" deyən millət vəkili işğaldan azad edilmiş kəndlərdən də söz açıb. Qeyd edib ki, Laçının Zabux kəndi Azərbaycanın ən səfalı yerlərindən hesab olunur. Kəndin etnik tərkibi isə tarixən hər zaman azərbaycanlılar olub. Kənd işğal olunandan sonra ermənilər tərəfindən xarabalığa çevrilib. Kəndin infrastrukturu dağıdılıb, evlər talan olunub. "2003-cü ildə erməni diasporu tərəfindən Zabuxda kilsə tikilib. 2013-ci ildən sonra isə ermənilər kənddə qeyri-qanuni məskunlaşmağa başlanılmışdı. Artıq kənd işğalçılardan tam azaddır və öz halal sakinlərini gözləyir", - deyib millət vəkili.
 
V.Bayramov sonda bildirib ki, ümumiyyətlə, işğaldan azad olunan rayonlarla bağlı kifayət qədər geniş miqyaslı vergi güzəştləri tətbiq olunması gözlənilir. Hətta sosial haqlarda belə subsidiya mexanizminin tətbiq edilməsi nəzərdə tutulacaq. "Nəticədə rayonlarımızı, xüsusən də Laçın rayonuna daha çox investisiyanın cəlb olunması gözlənilir. Bu baxımdan həm Laçının potensialı, həm də infrastruktunun yenidən qurulması, hava limanının inşası edilməsi daha qısa zamanda Laçın iqtisadiyatının bərpa ediləcəyindən xəbər verir və gözlənilir ki, Laçında məskunlaşma, yəni böyük qayıdış prosesinin başlanması ilə biz pararlel olaraq Laçın iqtisadiyyatının inkişafını müşahidə edəcəyik", - o, deyib.
Siyasət rubrikasından digər xəbərlər