"Mançester Yunayted" yaza qədər satıla bilər

18:59 01.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

“Mançester Yunayted”in sahibləri, Qleyzerlər ailəsi, bu mövsümün sonuna qədər klubu satmaq üçün müqavilə bağlamağı planlaşdırır. Bu barədə BBC məlumat yayıb.

2005-ci ildən kluba sahib olan Qleyzer ailəsi keçən həftə klub üçün "strateji alternativləri" araşdırdıqlarını, "Mançester Yunayted"in satışı ilə bağlı müqavilənin yaza qədər bağlana biləcəyini deyiblər.

2005-ci ilin mayında Qleyzerlər Mançester Yunayted-i 790 milyon funt-sterlinqə satın alıb. O vaxtdan bəri klub faiz və kreditlərə, həmçinin səhm dividendlərinə 1 milyard funt sterlinqdən çox pul xərcləyib ki, bunun da böyük hissəsi amerikalı ailəyə gedib.

Qeyd olunur ki, Qleyzerlər "Çelsi"dən fərqli olaraq satış baxımından dəqiq vaxt çərçivəsi qoymurlar. Xatırladaq ki, ötən mövsümün sonunda rusiyalı iş adamı Roman Abramoviç ona qarşı tətbiq edilən sanksiyalara görə klubu satmalı olmuşdu. Yeni sahibi amerikalı iş adamı Todd Boulidir.

Oxunma sayı 2110