"Məhəllələrin şəraitini yaxşılaşdırmasaq, yoxsulluq azalmayacaq" - Şavkat Mirziyoyev

10:19 12.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Özbəkistan prezidenti Şavkat Mirziyoyev bildirib ki, yalnız rayon icra rəhbərləri, sektor rəsmiləri aztəminatlı ailələrin evlərinə girib oradakı şəraiti öz gözləri ilə görsələr, nəticə olacaq. Əks təqdirdə, insanlara nə qədər kömək edilsə də, məhəllələrin şəraiti yaxşılaşdırılmasa, yoxsulluq azalmayacaq.

Hafta.az-ın yazdığına görə, ona görə də gələn il məhəllə infrastrukturunun inkişafına ümumilikdə 1,6 milyard dollar vəsait ayrılacaq. Bu vəsaitin 1,2 trilyon somu 300 ən çətin məhəllədə su nasoslarının və günəş panellərinin quraşdırılmasına yönəldiləcək. Ən çətin 500 məhəllənin elektrik enerjisi, yol, internet və digər infrastruktur məsələlərinin həllinə daha 2 trilyon som xərclənəcək.

Bu işləri həyata keçirmək üçün nazirlər, müavinlər və müşavirlərdən, idarə müdirlərindən ibarət 250 rəhbərin sərəncamına işləmək üçün ən ağır vəziyyətdə olan 1000 məhəllə təyin olunacaq. Həmçinin vilayət üzrə 2 min, rayon üzrə 12 min rəhbərin hər birinə şəraiti ən ağır olan 5 ailə təhkim ediləcək.

Bu gün ölkə üzrə ən azı 50 iş yeri açan 9200-ə yaxın sahibkar var. Prezidentlə bu yaxınlarda aparılan açıq dialoqdan ruhlanan həmin sahibkarlar 500 min bacarıqlı və arzulu insanı işlə təmin etməyə hazır olduqlarını bildiriblər. Məsələn, Balıqçı rayonunda bir sahibkar Çin təcrübəsi əsasında kooperativ sistemi tətbiqləmək təşəbbüsü ilə çıxış edir və 520 yoxsul insanı işlə təmin edir.

Əgər sahibkara kredit verilərsə, o, vilayətin hər rayonunda 1 müəssisə açmaq, 30 imkansız ailə nümayəndəsini səhmdar kimi cəlb etmək və ayda 4-5 milyon soma qədər pul ödəmək istəyir. Bu zaman yalnız ehtiyacı olan şəxslərin işlə təmin olunması kreditin əsas şərti olacaq.