Yazını böyüt
Yazını kiçilt
Moskvada evli, uşaqlı qadınlar arasında keçirilən "Miss Moskva" gözəllik yarışması yekunlaşıb.
Hafta.az-ın yazdığına görə, tacın sahibi 30 yaşlı Anastasiya Mileyeva olub. Restoran və moda sənayesində fəaliyyət göstərən Mileyevanın 8 və 5 yaşlı iki övladı var.
"Miss Moskva" gözəllik yarışmasında iki uşaqlı daha iki namizəd də ilk üçlüyə daxil olub.
Müsabiqədə "Miss Moskva" Qran Prisi mükafatı isə teleaparıcı Anastasiya Qonçarovaya verilib.
40-55 yaş qrupunda “Miss Moskva" klassikası” kateqoriyasında rəqs üzrə dünya çempionu olan Svetlana Mişina mükafata layiq görülüb.