"Ölkədə kölgə iqtisadiyyatı GSYH-nin 38 faizinə bərabərdir" - millət vəkili

11:40 10.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
“Rusiyada rəsmən qeydə alınmayan iqtisadiyyat - kölgə iqtisadiyyatı və ödənilməyən vergilər, hər vətəndaşdan ildə 1 milyon rublun oğurlandığını göstərir”.
Hafta.az-ın yazdığına görə, bu barədə Rusiya Kommunist Partiyasından millət vəkili Nikolay Arefyev deyib. Onun Beynəlxalq Valyuta Fonduna (BVF) istinadən bildirdiyinə görə, Rusiyada kölgə iqtisadiyyatı GSYH-nin 38 faizinə bərabərdir. Bu da hardasa 136 trilyon rubl deməkdir. Ödənilməyən vergiləri də əlavə etdikdə bu məbləğ 15 trilyon rubl artaraq 151 trilyon rubla yüksəlir. 
N.Arefyev deyib ki, Sovetlər Birliyi zamanı pulsuz təhsil, havayı tibbi xidmət verilib, məktəblər, bağçalar tikilib, mədəniyyət sarayları inşa olunub. "Hansı ki, indi çoxları bütün bunların lazımsız olduğunu düşünür. Belələrinin qənaətincə, millətə daha çox xidmət göstərmək populizmdirsə, bəz millətin sərvətini talamaq nədir? Bu gün Rusiyanın və rus xalqının pulu oğurlanaraq xaricə çıxarılır. Bax, indiki Rusiyanın siyasəti budur", - deyib Dövlət Dumasının üzvü N.Arefyev.