"Ölkədəki 500 alimin fətvasının işığında cihada başladıq" - Müfti Nur Vəli Məsud

22:30 07.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistanda daxili hərbi-siyasi vəziyyəti gərginləşdirən bir sıra amillər var ki, onlardan biri və hətta ən böyüyü beynəlxalq siyasi müstəidə "Pakistan Talibanı" kimi tanınan Pakistan Taliban Hərəkatı - TTP-dir. Bu təşkilat sözün əsl mənasında Pakistan hökumətinə qarşı hərbi möqe tutub. Hətta deyilənlərə görə, Pakistanın siyasi-hərbi cameəsindən kimsə TTP-nin nəzarət etdiyi bölgələrə ayaq basa bilmir.

Dünən Mepanews-in xüsusi müxbiri TTP lideri Müfti Nur Vəli Məsudla müsahibə edib. Azərbaycanla dost münasibətlərə malik Pakistanda hökumət-TTP qarşıdurmanın mahiyyətini öyrənmək üçün müsahibənin Azərbaycan dilində tərcüməsini oxucularımızla bölüşmək qərarına gəldik. TTP lideri söhbətə 2014-cü ildə Pakistan ordusunun “Zərbi Azb” əməliyyatına münasibət bildirməklə başlayıb:

"Pakistan Taliban Hərəkatının cihadının yarandığı gündən partizan döyüşü kimi davam etdiyi aydındır və bu cür əməliyyatlar nəinkmi partizan hərəkatlarına zərər verə bilməz, hətta bəzən xeyir verir. Çünki genişmiqyaslı əməliyyatlar təşkil olunanda insanlar hakimiyyətin etdiklərini görür və xalqın gözündə orduya qarşı qəzəb daha da artır. Nəticədə gənclər silaha sarılaraq hərəkatın bir hissəsinə çevrilirlər. Bu gün Xeybər-Paxtunxva və Bəlucistanda ordunun möcudluluğuna qəzəb bu cür hərbi əməliyyatların nəticəsidir. Pakistan Taliban Hərəkatının mücahidləri öz İslam xalqının oğullarıdır. Hökumət nə qədər əməliyyat təşkil etsə də, bu İslam xalqında mücahidlərin təsirini silmək mümkün deyil. Zərbi Azb və digər hərbi əməliyyatlarda üzərimizdəki mənfi təsirlər mücahidlərin xüsusi dəstəyi və davam edən səyləri sayəsində böyük ölçüdə silindi", - deyib Müfti Nur Vəli Məsud.

2019-cu ildən başlayaraq TTP ciddi şəkildə yenilənib. Maraqlıdır, təşkilata yeni qatılanlar olubmu? Ümumiyyətlə, bu təşkilatın gücü necədir? Müsahib deyib ki, cihadçı qruplar davamlı olaraq Pakistan Taliban Hərəkatına qoşulur və mücahidlərin sayı minlərlədir. Onlara liderlər, müavinlər və pozitiv alimlərdən ibarət nümayəndə heyəti rəhbərlik edir. Bu nümayəndə heyətinin nəzarəti altında həmçinin iki mərkəzi hərbi komissiya, müxtəlif nazirliklər, müxtəlif əyalət və təşkilati strukturlar, bir çox qurumlar, Darul Kada (məhkəmə strukturu) - burada "marafiya" və "tamiz" (birinci və ikinci instansiya məhkəmələri), mərkəzi Darul İfta (fətva təşkilatı) və bu kimi təşkilatlar mövcuddur.

Təşkilatın niyə məhz döyüş yolunu seçməsinə, müharibənin yalnız qəbilə bölgələri ilə məhdudlaşıb-məhdudlaşmamasına dair suala cavab erən TTP lideri deyib ki, onları müharibəsi Allahın Kəlamını izzətləndirmək üçündür. "Bu hərəkat təkcə tayfalarla məhdudlaşmır, əksinə, Pakistan Taliban Hərəkatı bütün Pakistanı əhatə edən, hər bölgədən mücahidləri özündə birləşdirən və qəbilə bölgələri də daxil olmaqla, ölkə daxilində hücumlarını davam etdirən bir təşkilatdır. Biz Əhli-Sünnətin davamçılarıyıq. Döyüş ehkamımıza gəldikdə dedik ki, bizim müharibəmiz Allah kəlamını təsbih etməkdir".

O, Əfqanıstan Talibanı ilə əlaqələrini də dolayısıyla təsdiqləyib. 

Qəribədir, özünü İslamın keşikçisi adlandıran müsahib Pakistanla niyə saaşır, axı Pakistan İslam Respublikasıdır. Pakistan Talibanının belə bir dövlətə qarşı apardığı müharibə haqlı olaraq “terror” kimi qələmə verilir. TTP lideri deyib ki, ölkədəki 500 din aliminin fətvasının işığında cihada başlayıblar. Qeyd edib ki, dövrümüzün cihadçı hərəkatları arasında yalnız Pakistan Taliban Hərəkatını bu qədər böyük alim qrupu dəstəkləyir və onların cihadı üçün fitva imzalayıblar.

Artıq ABŞ-ın rəhbərlik etdiyi Qərb koalisiyası 20 illik müharibədən sonra Əfqanıstanı tərk edib. Bu müharibədə Pakistan Talibanının vəziyyətinə hər hansı formada təsiri olubmu? Müsahib deyib ki, hazırkı cihadın Pakistan Taliban Hərəkatının özəyindən, yəni qəbilələrdən təşkil olunduğu bir faktdır. Pakistan Taliban Hərəkatı tayfalar arasında cihad dərnəyi yaradıb. Minlərlə qəbilə gənci və dava edənlər özlərini qurban verib və müsəlmanların mənəviyyatını yüksəldiblər. Beləliklə, müsəlmanlar kafirlərin məğlubedilməz olmadığını, əksinə, məğlub ola biləcəklərini və hətta olduğunu gördülər. Mübaliğəsiz deyirəm ki, Pakistan Taliban Hərəkatının bu təkamül prosesində rolu mərkəzi və dərin köklərə malikdir.

"Əfqanıstandakı qələbə təkcə bizim regionu deyil, bütün İslam dünyasını ilhamlandırdı. Bəli, doğrudur, Əmirliyin qələbəsi bizə xeyli fayda verdi. Bölgələrimizdə gənclər arasında cihad ruhu ön plana çıxdı və yeni mücahidlərin hərəkatda iştirakı artdı" deyən TTP lideri Əfqanıstanla Pakistan arasında Durand xətti kimi tanınan sərhədə də münasibət açıqlayıb. Deyib ki, "Durand" süni və qəddar xəttdir. Puştunlar bir millət olaraq bu qəddar xətti və parçalanmanı heç vaxt qəbul etməyəcəklər. Amma bu xəttin ləğvi və ya Puştunların birləşməsinə gəldikdə, bunun vaxtı hələ çatmayıb. Deyib ki, bunun üçün hələ xeyli yol qət etməlidirlər və gələcəkdə bu planlar üzərində düşünəcəklər.

Pakistan administrasiyası ilə atəşkəs məsələsindən də söz açan Müfti Nur Vəli Məsud bildirib ki, artıq danışıqlar dalana dirənib. "Biz atəşkəsə hörmətlə yanaşdıq, lakin Pakistan ordusu buna əməl etmədi. Necə ki, keçmişdə nə atəşkəsə, nə də razılaşmaya hörmətlə yanaşdı. Qardaşlarımıza qarşı basqınlarını sürdürdü, onları tutub şəhid etdi, evlərini dağıtdılar, sonra qardaşlarımız müdafiə və qisas üçün hərəkətə keçdilər".

Pakistanda baş erən son daxili siyasi-ictimai proseslərə də toxunan TTP lideri deyib ki, onların məsələsi ordu ilədir. Onun fikrincə, siyasi güclər ordunun təsiri altındadır. Bu səbəbdən də hakimiyyət dəyişikliyinin TTP-yə heç bir təsiri yoxdur. "Düşünmürəm ki, İmran Xan və ya başqa bir lider Pakistan üzərində hərbi və kəşfiyyat xidmətlərinin təsirini aradan qaldıra və ya zəiflədə bilər" deyən müsahib onu da qeyd edib ki, Pakistan Talibanının əsas gücü qəbilələrdədir. Yəni, ümumiyyətlə, Malakand bölgəsində və bütün Xayber Paxtunxvadadır.

Siyasət rubrikasından digər xəbərlər