"Orfoepiya lüğəti”nin layihəsi Nazirlər Kabinetinə təqdim olunacaq

12:37 26.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“AMEA-nın Nəsimi adına Dilçilik İnsititutu tərəfindən hazırlanan “Azərbaycan dilinin orfoepiya lüğəti”nin layihəsiə təqdim olunan müxtəlif qurumlar tərəfindən müsbət rəy verilib”.

Bunu hafta.az-a Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib. O bildirib ki, layihə Nazirlər Kabinetinə təqdim olunacaq:

“Yəqin ki, “Orfoepiya lüğəti”nin layihəsini bu həftə Nazirlər Kabinetinə təqdim edərik”, -deyə dirktor əlavə edib.

Qeyd edək ki, bununla əlaqədar Orfoepiya Komissiyası və onun nəzdində İşçi qrupu yaradılıb. Komissiyanın sədri M. Nağısoylu seçilib.

Oxunma sayı 489