"Prius" "Ferrari" ilə toqquşdu

11:34 03.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Nəsimi rayonunda “Toyota Prius” markalı maşın “Ferrari” markalı avtomobilə çırpılıb.

 

Hafta.az xəbər verir ki, hadisə Salatın Əsgərova və İslam Səfərli küçələrinin kəsişməsində baş verib.

 

“Toyota Prius” sürücüsünün yol nişanının tələbinə əməl etməyərək qəfil yola çıxdığı bildirilir.

 

Qəza zamanı hər iki maşının sürücüsü yaralanıb.