"Putinin həbsinə dair məhkəmə qərarı simvolikdir" - Levente Modyor

12:30 04.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Rusiya prezidentinin Beynəlxalq Cinayət Məhkəməsinin həbsinə dair order müharibənin sonunu yaxınlaşdırmayan “simvolik siqnaldır”.

Hafta.az-ın yazdığına görə, bunu Macarıstan xarici işlər nazirinin müavini, parlamentin dövlət katibi Levente Modyor deyib. Modyor qeyd edib ki, Putin sadəcə saxlanıla biləcəyi dövlətlərə getməyəcək, bu isə məhkəmənin qərarını “simvolik” edir.

"Biz əminik ki, simvolik hərəkətlər bu müharibənin sonunu yaxınlaşdırmayacaq. Hesab edirəm ki, bu iş kifayət qədər simvolik xarakter daşıyır, çünki açıq-aydın Rusiya prezidenti həbs oluna biləcəyi heç bir ölkəyə getməyəcək. Deməli, bu mesaj yalnız simvolik mesajdır”, - Modyor bildirib.

O əlavə edib ki, bunun müqabilində Macarıstan Ukraynaya maddi yardım göstərməyə, xüsusən də Macarıstanda dövlət məktəblərində oxuyan ukraynalı uşaqların həyatını yaxşılaşdırmağa diqqət yetirəcək. Diplomat qeyd edib ki, onlar Avropa İttifaqının apardığı simvolik müharibənin digər növünə deyil, məhz buna diqqət yetirib.

Levente Modyor əlavə edib ki, hərbi cinayətlərdə əli olan hər kəs qanun qarşısında cavab verməlidir. "Macarıstanın bu mövqeyi milliyyətindən, ölkəsindən və hər hansı mənsubiyyətindən asılı olmayaraq bütün işlərə aiddir. Biz əminik ki, sonda ədalət qalib gələcək. Ola bilsin ki, qısa müddətdə yox, uzunmüddətli perspektivdə. Tutaq ki, biz ümumilikdə ədaləti dəstəkləyirik, lakin ola bilər biz bunu çətin əldə edək. Amma biz bunu düşünürük və bu münaqişə başlayandan bəri dilə gətirdiyimiz şeydir”, - deyib Macarıstan rəsmisi.

Xatırladaq ki, bundan əvvəl Orban administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinin qərarına baxmayaraq, Rusiya liderinin ölkələrinə gələcəyi təqdirdə onu həbs etməyəcəklərini bəyan etmişdi.

Siyasət rubrikasından digər xəbərlər