Yazını böyüt
Yazını kiçilt
Misli Premyer Liqasının 2025/26 mövsümündə elə ilk turdaca təxirəsalma olacaq. Peşəkar Futbol Liqası ilk turun proqramını açıqlayarkən belə bir xəbərdarlıq edib.
Hafta.az xəbər verir ki, avqustun 17-də "Sabah"la "Qarabağ"ın oyunu saat 18:30-da "Bank Respublika Arena"da start götürməlidir.
Lakin məlumata əlavə edilən qeyddə hər şey aydın olur. "Qarabağ" klubu "Şkendiya" ilə səfər matçında 1:0 hesablı qələbə qazanıb. Ağdamlıların evdə üstünlüyünü qoruyub pley-offa yüksəlmək şansının böyük olduğunu nəzərə alsaq, yəqin ki, çempionatımızın ilk turu tam keçirilməyəcək.