Göldə 53 yaşlı həkimin meyiti tapıldı

16:14 01.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Goranboyda göldən meyit tapılıb.

Hafta.az xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb. Rayon sakini 1973-cü il təvəllüdlü Sevda Nəbiyevanın meyiti Səfikürd gölündə aşkarlanıb.

Hadisə yerinə polis və prokrorluq əməkdaşları cəlb edilib.

Məlumata görə, göldən meyiti tapılan qadın Goranboy rayon mərkəzi xəstəxanasının həkimi olub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.