Hafta.az-ın əməkdaşı MEDİA-nın fərdi jurnalist müsabiqəsinin qalibi olub

14:54 01.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Medianın İnkişafı Agentliyi tərəfindən 13 may 2026-cı tarixində elan olunmuş "Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb, "Global Media Group"un 6 əməkdaşı müsabiqədə qalib olub.

"Həftə İçi" qəzetinin əməkdaşı Tağıbəyli Vüsal Vaqif oğlu müsabiqədə ən yaxşı ictimai-siyasi təhlil nominasiyasına layiq görülənlər sırasında yer alıb.

Ən yaxşı ictimai-siyasi təhlil nominasiyasına layiq görülənlərdən biri "Report" informasiya agentliyinin əməkdaşı Sevil Seymur qızı Gülməmmədovadır.

Həmçinin ən yaxşı jurnalist araşdırması nominasiyasına layiq görülənlərdən biri agentliyin əməkdaşı Səlcuq Elçindir.

Ən yaxşı müsahibə nominasiyasının qalibləri siyahısında yer alanlardan biri "Kaspi" qəzetinin əməkdaşı Aygün Əzizağa qızı Cəfərovadır.

Bundan başqa, "Global Media Group"un daha iki əməkdaşı - Ceyhun Muzahim oğlu Piriyev və Sünbül Anar qızı Hüseynovanın (BakuTV) adları qaliblər siyahısında yer alıb.