Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulub.
Hafta.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib.
Əvvəlcə "Şamaxı" "Sumqayıt"ın qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb.
Turun mərkəzi oyununda mövsümə uğurlu start verən "Sabah" "Qarabağ"ın qonağı olub. Dramatik keçən görüş Ağdam klubunun 4:3 hesablı qələbəsi ilə başa çatıb.
11 sentyabr
“Qarabağ” – “Sabah” - 4:3
Qollar: Musa Qurbanlı, 29 (1:0), Emannuel Apeh, 33 (1:1), Elvin Cəfərquliyev, 51 (2:1), Coy Lens Mikels, 60 (2:2), Aleksey Kaşuk, 69 (2:3), Ramil Şeydayev, 83-pen. (3:3), 90+4-pen. (4:3)
Qırmızı vərəqə: Abdulaye Ba, 43-ikinci sarı vərəqə ("Sabah")
“Sumqayıt” – “Şamaxı” - 1:1
Qollar: Almir Aqanspahiç, 3-pen.(1:0), Bahadur Həziyev, 45 (1:1)
9 sentyabr
“Turan Tovuz” – “Kəpəz” - 2:0
10 sentyabr
“Səbail” – “Zirə” - 1:2
“Qəbələ” – “Neftçi” - 1:2