"Qarabağ"dan növbəti qələbə

21:56 01.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.

 

Hafta.az xəbər verir ki, ilk oyun günündə "Qarabağ" klubu Qəbələdə "Kəpəz"in qonağı olub.

 

Qarşılaşma "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

 

Rəqiblərindən bir oyun az keçirən "Qarabağ" xallarının sayını 12-ə yüksəltməklə lider "Sabah"a çatıb. 5 görüşün hamısında uduzan "Kəpəz" isə sonuncu - 10-cu yerdədir.