Yazını böyüt
Yazını kiçilt
"Qarabağ" Adama Diakabi ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalayıb.
Hafta.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsi ilə açıqlama yayıb.
Onunla müqavilə hazırda komandanın təlim-məşq toplanışında olduğu Türkiyənin Antalya şəhərində imzalanıb. O, Ağdam klubuna azad agent qismində keçib. Adamanın son klubu Fransa "Amyen"i olub. 2022-ci ilin yayında Fransa təmsilçisi ilə müqaviləsi başa çatan futbolçu klubsuz idi.
Sol vinger olan Diakabi "Amyan"lə yanaşı, bir vaxtlar Fransanın U-21 millisinin də şərəfini qoruyub. 26 yaşlı futbolçu Fransanın "Kan", "Renn", "Monako", eləcə də İngiltərənin "Haddersfild" və "Nottingem Forest" klublarının da formasını geyinib.