"Qarabağ"ın Belçikaya səfər proqramı bilindi

14:53 19.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Belçikada “Gent”lə qarşılaşacaq “Qarabağ”ın səfər proqramı müəyyənləşib. 

Hafta.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi fevralın 21-i saat 17:00-da Bakıdan yola düşəcək. 

Həmin gün yerli vaxtla 18:30-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Saat 19:00-da isə komandanın son məşqi (ilk 15 dəqiqəsi mətbuata açıq) keçiriləcək. 

Qeyd edək ki, fevralın 23-ü oynanılacaq "Gent" - "Qarabağ" görüşü yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq. Bu komandalar arasında ilk matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.