"Qarabağ"ın oyununa biletlər sabah satışa çıxarılır

20:33 13.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdamın “Qarabağ” və Çex Respublikasının “Viktoriya” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun biletləri sabah - avqustun 14-də satışa çıxarılacaq.

Hafta.az kluba istinadla xəbər verir ki, biletlərin qiymətləri müvafiq olaraq 5, 15, 30, 50, 75 və 100 manatdır.

Biletləri Iticket.az-ın satış məntəqələrindən və iticket.az-da onlayn qaydada, “Park Bulvar”dakı “Qarabağ”ın Fan-Şopundan (11:00-dan 20:00-dək), Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından (11:00-dan 20:00-dək), eləcə də “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərindən (11:00-22:00) əldə etmək olar.

Qeyd edək ki, avqustun 17-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma 20:45-də başlayacaq. Komandalar arasında cavab matçı avqustun 23-də Plzen şəhərində təşkil olunacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Oxunma sayı 137