Yazını böyüt
Yazını kiçilt
Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib.
Hafta.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən “Qarabağ” da mübarizəyə bu mərhələdən başlayıb. Ağdam təmsilçisi ilk oyununda səfərdə Cəbəllütariqin “Linkoln” klubu ilə qarşılaşıb və qələbə qazanıb.
Komandalar arasında cavab görüşü iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Bu cütün qalibi 2-ci mərhələdə “Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
“Linkoln” (Cəbəllütariq) – “Qarabağ” (Azərbaycan) - 1:2
Qollar: Kike Qomes, 25 (1:0), Redon Cica, 59 (1:1), Yassin Benzia, 90+4 (1:2)
Baş hakim: Vitalijs Spasjonnikov (Litva)
“Viktoriya” stadionu.