Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununa çıxıb.
Hafta.az xəbər verir ki, Ağdam klubu Bolqarıstan "Ludoqorets"i ilə evdə qarşılaşır.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun "Ludoqorets"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab oyunu avqustun 13-də Bolqarıstanda olacaq.
"Qarabağ" - "Ludoqorets" cütünün qalibi ÇL-in pley-off mərhələsində Zaqreb "Dinamo"su (Xorvatiya) ilə üz-üzə gələcək.
Cütün məğlubu isə yoluna Avropa Liqasının pley-offunda davam edəcək və burada "Petrokub" (Moldova) – TNS (Uels) duelinin qalibi ilə qarşılaşacaq.
6 avqust.
“Qarabağ” (Azərbaycan) – “Ludoqorets” (Bolqarıstan) - 1:2
Qollar: Diniş Almeyda, 56 (0:1), Juninyo, 64 (1:1), Kayo Vidal, 87 (1:2)
Qırmızı vərəqə: Kayo Vidal, 89 ("Ludoqorets")
Hakimlər: Urs Şnider, Marco Zürcher, Benjamin Zürcher, Sven Wolfensberger (İsveçrə)