45 kq-dan artıq narkotik vasitə aşkarlandı

11:19 25.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 24-də ümumi çəkisi 45,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən hafta.az-a bildirilib ki, həmçinin yabanı halda bitmiş 4 ton çəkidə 17 min 782 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.

Hər iki istiqamətdə tədbirlər davam etdirilir.