Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilir.
Hafta.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” qrupda ilk ev oyununa çıxıb.
Qurban Qurbanovun komandası Fransa “Nant”ını qəbul edib. Ağdam klubu bu görüşdə inamlı qələbə qazanıb - 3:0.
Qrupun digər oyununda “Olimpiakos” Yunanıstanda “Frayburq”u qəbul edib. Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticələrdən sonra "Frayburq" 6 xalla qrup lideri, "Qarabağ" 3 xalla 2-ci, "Nant" eyni xalla 3-cüdür. Xal qazanmayan "Olimpiakos" isə sonuncudur.
15 sentyabr
Avropa Liqası
Qrup mərhələsi, 2-ci tur
“Qarabağ” (Azərbaycan) – “Nant” (Fransa) - 3:0
Qollar: Ovusu Kvabena, 59, Abduallah Zubir, 65, Marko Yankoviç, 72
Baş hakim: Enea Jorgji (Albaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
“Olimpiakos” (Yunanıstan) – “Frayburq” (Almaniya) – 0:3
Qollar: Hofler, 5, Qreqorits, 25, 53